Yuxarı

Bakıdan Tiflisə daha ucuz qiymətə... - ADY

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan Tiflisə daha ucuz qiymətə... - ADY

Bakı–Tiflis–Bakı marşrutu üzrə qiymət siyasəti sərnişinlərə imkan verir ki, bir ay öncədən imkanına uyğun sinfini seçsin. Məsələn, 81 manat başlayan səyahət sinfini 35-20 gün öncədən əldə edə bilərlər.

Axar.az xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" gələcəkdə ucuz bilet imkanlarına da baxacaq:

"Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq".

Qeyd edək ki, bu gün Bakıdan Tiflisə sərnişin qatarı hərəkət edəcək. Qatar Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq. Tiflisdən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Bakı–Tiflis–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq.

Tarix
2026.05.25 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla