Yuxarı

Köçəryan Azərbaycanla bağlı "vəd" verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi

Əgər mən və komandam Ermənistanda hakimiyyətə gəlsək, Azərbaycanla sülh danışıqları sıfır nöqtəsindən başlamayacaq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti və “Hayastan” seçki blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.

Köçəryan iddia edib ki, onun yanaşması danışıqlar prosesinin sıfırlanması demək deyil. Onun sözlərinə görə, sülh müqaviləsi üçün “zəmanətçilər” lazımdır.

“Zamin tərəflər”ə gəlincə, Köçəryan bu rolda Rusiya və ABŞ-ı görür:

“Avropa Birliyinin iştirakı da arzuolunan olardı, amma mən Rusiya, ABŞ və Çinin daxil edilməsini ideal variant hesab edirəm”.

Xatırladaq ki, hazırda Azərbaycan və Ermənistan sülh danışıqları, sərhədin delimitasiyası və digər prosesləri vasitəçilər olmadan davam etdirir. Rəsmi Bakı və İrəvan bir neçə dəfə vasitəçilərə ehtiyacın olmadığını bəyan edib.

Tarix
2026.05.25 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla