Yuxarı

Bayramov Hakan Fidanla Şuşada görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024.07.05. 22:35

İyulun 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə Görüşü, habelə TDT Xarici İşlər Nazirləri Şurasının İclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, təhlükəsizlik, iqtisadi, enerji, bağlantılar, humanitar aspektləri üzrə qarşılıqlı fəaliyyət, birgə layihələr və əldə olunmuş inkişafların regional sabitlik və əməkdaşlığa ciddi töhfələr verdiyi vurğulanıb.

Müttəfiqliyimizin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli siyasi dialoqun əsas rol oynadığı, habelə müvafiq dövlət qurumları və qanunverici orqanların nümayəndələrinin intensiv səfər və təmaslarının ciddi töhfəsi olduğu bildirilib.

İki ölkə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan müttəfiqlik münasibətlərini təsbit edən Şuşa Bəyannaməsinin imzalandığı Şuşa şəhərinin TDT-nin qeyri-rəsmi Zirvə Görüşünə ev sahibliyi etdiyi məmnunluqla qeyd olunub.

Nazir Ceyhun Bayramov xarici siyasətimizdə Türk dünyası və TDT istiqamətinin tutduğu əhəmiyyətli yerdən bəhs edərək Zirvə Görüşünün Təşkilat çərçivəsində əməkdaşlığın inkişafı və gücləndirilməsinə töhfə verəcək sənəd və qərarların qəbulu ilə yadda qalacağına ümidvar olduğunu söyləyib.

TDT ilə yanaşı, digər regional və beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın intensivləşməsinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə, cari ilin 3 iyul tarixində Azərbaycan-Türkiyə-Pakistan liderlərinin, habelə 15 mart tarixində Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşlərinin regional və qlobal təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi baxımından faydalı olduğu bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə mövcud regional vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə fəaliyyəti, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin durumu barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənsitanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2024.07.06 / 00:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qardaş ölkədə əsgərlərimiz belə qarşılandı - Video

Azərbaycana ən son model qırıcılar veriləcək - Detallar

İrəvanın “bacısı” Makron uduzdu: Qafqazda nələr dəyişəcək?

Azərbaycana hər yerdən hücum edilir: 4-cü qətlin dəhşəti...

Qriqoryan ABŞ-a təkliflə gedib – İmtina alacaq

COP29 ilə əlaqədar beşinci iclas keçirildi

Yeni başçı kollektivə təqdim olundu

Bakı böyük oyun oynayır, Zəngəzuru itirəcəyik - Danielyan

İrəvanda yeni xof: Bu tarixdə müharibə başlayacaq

Paşinyan 6 il əvvəl Bakıya nə söz verib? - Şok detal

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla