Yuxarı

Tokayevdən COP29-la bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan iqlim dəyişikliyi ilə bağlı öhdəliklərə məsuliyyətlə yanaşır və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işində fəal iştirak etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin idarə edilməsi böyük əhəmiyyət kəsb edir:

“İqlim vəziyyəti daha da mürəkkəbləşir. Dünyanın müxtəlif yerlərində baş verən anormal istilər, meşə yanğınları, quraqlıq və daşqınlar bu tendensiyanı əyani şəkildə təsdiqləyir. Biz türk dünyası ilə iqlim məsələlərində əməkdaşlığı gücləndirməyə hazırıq. Bu il biz Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında fəal iştirak etməyi planlaşdırırıq. Qazaxıstan iqlim dəyişikliyi ilə bağlı öhdəliklərə məsuliyyətlə yanaşır”.

O, həmçinin əlavə edib ki, 2026-cı ildə Qazaxıstan BMT-nin himayəsi altında Regional İqlim Sammiti keçirəcək.

Tarix
2024.07.06 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib?

Azərbaycan şəhərlərinin bombalanmasından 4 il ötür

Bakı Boqota ilə ilk dəfə siyasi məsləhətləşmələr keçirdi

Prezidentdən Cəbrayılla bağlı paylaşım - Video

Lavrov Rəhman Mustafayevlə görüşdü - Foto

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır

Bu sənədləri təqdim edənə 6 min manat veriləcək

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla