Yuxarı

Rubinyandan sülh açıqlaması: Qısa müddət ərzində...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rubinyandan sülh açıqlaması: Qısa müddət ərzində...

Ermənistan qısa müddət ərzində Azərbaycanla sərhədin demarkasiyası prosesini davam etdirməyə və sülh müqaviləsi imzalamağa hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan X BRİKS Parlament Forumundakı çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik hissəsi artıq demarkasiya olunub və sərhədin müvafiq hissələrində hər iki tərəfin sərhəd xidmətləri yerləşdirilib:

“Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir ambisiyası yoxdur və sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsi, qısa müddətdə sülh müqaviləsinin bağlanması və imzalanması istiqamətində konstruktiv və intensiv iş görməyə hazırdır”.

O, Ermənistanın həm də regional infrastrukturların blokunu açmaqla beynəlxalq tranzit marşrutlarının bir hissəsinə çevrilməkdə maraqlı olduğunu vurğulayıb.

Tarix
2024.07.13 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla