Yuxarı

Tramp Ukrayna ilə bağlı bu riskə getməz - Professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Ukrayna ilə bağlı bu riskə getməz - Professor

ABŞ-da Respublikaçı və Demokrat partiyaları arasında məsələlərə yanaşma fərqi var. Tramp da öz partiyasının yanaşmasının daşıyıcısıdır. Amma ABŞ bəsit ölkə deyil və hakimiyyətdə qüvvələr balansı var. Ona görə də xüsusilə xarici siyasət məsələləri təkbaşına həll edilmir. Hər şey bir anda dəyişməyəcək.

Bu sözləri Axar.az-a Trampın seçiləcəyi təqdirdə ABŞ-ın Ukraynaya dəstəyinin azalması ehtimalı barədə danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Professor işğalı qəbul etmənin qlobal xaosla nəticələnə biləcəyini bildirib:

“Trampın Ukrayna məsələsində yalnız kiçik ştrixlərlə nəsə dəyişiklik edə biləcəyini düşünürəm. Ancaq onun bütövlükdə Rusiya işğalını qəbul edəcəyi ağlabatan deyil. Çünki BMT ABŞ-ın əlində ən böyük silahdır. Təşkilatın əsas qurulma fəlsəfəsi isə bir ölkənin digər ölkənin torpaqlarını zorla ələ keçirməsinin, işğalının qarşısını almaqdır. Ona görə də Azərbaycan ABŞ-ın Ermənistana dəstəyinə rəğmən BMT TŞ-də dörd məlum qətnamənin qəbuluna və müharibə yolu ilə də olsa yerinə yetirilməsinə nail oldu. Fransanın cidd-cəhdlərinə baxmayaraq, orada ölkəmizə qarşı əsassız iddiaların ard-arda iki dəfə rədd edilməsinin də əsas səbəbi budur. Bu əsas meyarın görməzdən gəlinməsi isə BMT-nin, ümumiyyətlə sistemin altına dinamit qoyulması, dağılması demək olar. Heç kim belə sonu görünməyən və nəticəsi proqnozlaşdırılmayan riskə getməz”.

Tarix
2024.07.22 / 13:25
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla