Yuxarı

Türk dövlətindən ilginc: Naxçıvan kimi birləşmək istəyirik!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk dövlətindən ilginc: Naxçıvan kimi birləşmək istəyirik!

Şimali Kipr Türk Cümhuriyyəti müstəqil dövlət kimi tanınmasa, o zaman Türkiyənin tərkibində muxtar respublika statusuna keçilməsinə baxıla bilər.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Şimali Kiprin nəqliyyat və inkişaf naziri Erhan Arıklı deyib.

Nazir əsas məqsədin Kiprin şimalında türk varlığının qorunması olduğunu bildirib:

“Şərqi Aralıq dənizi sahilləri neft və qazla zəngindir. ABŞ və Avropa İttifaqı (Aİ) bölgənin sərvətini rahatlıqla istismar etmək üçün burada türklərin mövcudluğunun əleyhinədir. Kipr Respublikası onsuz da Aİ üzvüdür. Yəni onlara əsas maneə Şimali Kiprin varlığıdır, buranı idarə edə bilmədikləri bölgə kimi görürlər. Əgər Türkiyə və türk milləti buradan əlini çəksə, neft və qaz tamamilə ABŞ-la Aİ-nin nəzarətinə keçəcək. Nəticədə Şimali Kipr Türk Respublikası əsla tanınmayacaq”.

E.Arıklı alternativlər üzərində düşündüklərini bildirib:

“Özümüzü müstəqil dövlət kimi tanıda bilməsək də, ərazidə türklərin mövcudluğunu qorumalıyıq. Məsələn, Azərbaycanın tərkibində olan Naxçıvan Muxtar Respublikasına bənzər bir model qurula bilər. Yəni Şimali Kiprin Türkiyənin tərkibində muxtar respublika statusuna keçməsi istisna edilmir. O halda xarici əlaqələrdə Ankaraya bağlı olsaq da, daxildə müstəqil qalacağıq. Bu məsələni gündəmə gətirəcəyik”.

Tarix
2024.07.23 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla