Yuxarı

Zakir Həsənov Pakistana başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmuda başsağlığı ünvanlayıb.

Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məktubun mətnini təqdim edir:

"Pakistan İslam Respublikasının Lahor şəhərində törədilmiş terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması haqqında xəbər məni dərindən kədərləndirdi.

Biz bu dəhşətli hadisələrdən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq. Bütün yaralılara Tanrıdan şəfa arzulayıram.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm."

Tarix
2016.03.28 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Almaniya XİN başçısı arasında görüş başladı

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla