Yuxarı

XİN-dən AB rəsmisinə: Bu, qurumun reputasiyasına zərbədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən AB rəsmisinə: Bu, qurumun reputasiyasına zərbədir

Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, AB-nin Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan bu kimi qərəzli açıqlamalar verməsi, ilk növbədə, Avropa Birliyi (AB) rəsmisinin təmsil etdiyi qurumun reputasiyasına vurduğu növbəti zərbədir.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibinin müavini Vasif Əliyev AB-nin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycanla bağlı verdiyi müsahibədə yer alan bəzi iddialara dair medianın sualına cavabında bildirib.

Onun sözlərinə görə, Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir.

XİN rəsmisi qeyd edib ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir:

"Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara yaxşı məlumdur. Bu xüsusda, Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməniəsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır".

Tarix
2024.08.05 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla