Yuxarı

Orxan Babayev yüksək vəzifəyə təyin olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının (VK) Aparatında yeni təyinat olub.

Axar.az xəbər verir ki, bu barədə qərar VK Rəyasət Heyətinin keçirilən iclasında elan olunub.

Qərara əsasən, Orxan Babayev VK Aparatının rəhbəri – Baş katib vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2019-cu ildən VK-nın üzvü olan Orxan Babayev bu təyinatadək Kollegiya Aparatının İnsan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 1989-cu ildə Ordubad şəhərində anadan olub, 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 2012-ci ilin noyabr ayında şirkətlərin birində hüquqşünas kimi başlayıb. 2013-2018-ci illər aralığında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi ilə müxtəlif inzibati vəzifələrdə çalışıb.

O, 2018-ci ildən VK-nın Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçisi, şöbə müdiri vəzifələrini icra edib. İngilis, rus və türk dillərini bilir. Ailəlidir, bir övladı var.

Tarix
2024.08.23 / 21:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər Azərbaycanla sərhədi boşaldır: nə qədər erməni gedib?

XİN rəhbəri Qətərin yeni səfiri ilə görüşdü

Rəsmi Bakıdan Fransaya: Buna ixtiyarınız yoxdur!

Ceyhun Bayramov xanım səfirlə görüşdü - Foto

Babayanın Zəngəzurla bağlı dedikləri İrəvanı qarışdırdı

Sərhədimizdə qarşıdurma gözlənilir - Bakı diqqətlə izləyir

Muxtar Babayev Vuçiçlə görüşdü - Foto

Bu sülh quruculuğu prosesinə təhdiddir - Bayramov

Bu ərazilər Azərbaycana qaytarılacaq - Detallar...

Daha bir partiya sədri istefa verir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla