Yuxarı

Rusiyaya işləməyə gedənlərə pis xəbər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya işləməyə gedənlərə pis xəbər

Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya Federasiyasında miqrasiya siyasəti məsələlərinin tənzimlənməsinə yönəlmiş qanunvericilik təşəbbüslərinin hazırlandığını açıqlayıb.

Axar.az xəbər verir ki, o, “Rossiya-24” telekanalına (VGTRK) müsahibəsində bildirib ki, işləməyə gələn şəxs özü ilə ailə üzvlərini gətirə bilməz.

Onun sözlərinə görə, müvafiq qanunvericilik təşəbbüsü hazırlanır və belə bir anlayış var ki, deputatların əksəriyyəti bunu mütləq dəstəkləyəcək.

O, vətəndaşlıq almaq üçün evliliyə sərf olunan vaxtın artırılması təşəbbüsünü də açıqlayıb.

“Əvvəllər bu (Rusiya vətəndaşı ilə ailə həyatı qurmaqla vətəndaşlıq almaq - red.), bir il idisə, indi iki il təklif olunur. Bu məsələni əlavə də müzakirə edəcəyik. Ola bilsin ki, iki, üç, yaxud dörd il olsun. Bu, yalnız evliliyi daha da gücləndirəcək. Əgər bu, nikahdırsa, məhəbbətdirsə, saxta evlilik deyilsə”, - Volodin bildirib.

Onun sözlərinə görə, müvafiq qanun layihəsi artıq birinci oxunuşdan keçib.

Tarix
2024.09.12 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla