Yuxarı

Şok: Azərbaycanlılar 3 min şəhid məqaləsini Vikipediyadan sildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Azərbaycanlılar 3 min şəhid məqaləsini Vikipediyadan sildi

3000 şəhid məqaləsi Vikipediadan tamamilə silinib.

Axar.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas qeyd edib.

O bildirib ki, Vikipediyadan məlumatları silinənlər arasında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var:

“Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən tamamilə silindi. Onlar buna səbəb kimi şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər.

Bu işi edənlər isə bu yaxınlarda vətənə xəyanət maddəsi ilə həbs olunan Bəhruz Səmədovun Azərbaycan dili də daxil olmaqla, 5 dildə məqaləsini yaradıb. “Artsax”a müstəqillik arzulayan, azərbaycanlı olduğu üçün utanc duyan Bəhruz Azərbaycan alimi, sülh tərəfdarı kimi müxtəlif dillərdə Vikipediyaya yerləşdirilib.

Qlobal vikipediya fondundan heç bir istək və məhdudiyyət yoxdur, bu silinmə birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini Vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, məqaləsi Vikipediyadan silinir. Əvəzində manıs, rəqqas məqalələri qalır. Bəli, bunu edənlər azərbaycanlılardır.

Mənim məqaləmin silinmə səbəbi də hakimiyyətyönümlü fəaliyyətdə günahlandırılmağım və prezident mükafatı almağım idi. Hər şey gün kimi ortadadır və Azərbaycan Vikipediyasının tör-toküntü, saxta anarxistlərin əlində olduğunu göstərir. Bu etdiyiniz haqlı mübarizə metodu deyil. Amma əmin olun, sizə uyğun mübarizə və cavab mən tərəfdən olacaq”.

Bu işi edənləri adbaad ortaya çıxarmışam. Əgər hələ də Azərbaycanda həqiqi vikipediaçılar varsa, bu mövzuda mənə dəstək olsunlar. Sizin adınızı açıqlayacam. Baş prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə haqqınızda bütün detalları ötürəcəm.

Medianı bu mövzunu işıqlandırmağa çağırıram.

Tarix
2024.09.12 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla