Yuxarı

Özbəkistan səfəri: Əliyev yeni güc mərkəzi qurur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliyevin Özbəkistan səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığı və dərin inteqrasiyanı genişləndirməklə yanaşı, geosiyasi proseslər və onun regiona təsirlərindən, xüsusilə nəqliyyat dəhlizlərindəki mübarizədən də qaynaqlanır.

Hazırda ABŞ və Çin-Rusiya cəbhəsinin Orta dəhlizə nəzarət uğrunda qarşıdurması kəskinləşib. Bu mübarizədə dəhliz üzərindəki ölkələr çətin seçimlər qarşısında qalır. Bakının həyata keçirdiyi siyasət Orta dəhlizdə Azərbaycanın və marşrut üzərindəki ölkələrin stateji əməkdaşlığına nail olaraq, geosiyasi cəbhələrin təzyiqləri qarşısında mövqelərin güclənməsinə hesablanıb. Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji tərəfdaşlığı inkişaf etdirməklə:

- ABŞ və Çin-Rusiya cəbhəsinə qarşı daha güclü mövqe sərgiləyə, bu cəbhələri əməkdaşlığa sövqə edə bilərlər: bu, həm təzyiq dalğasını zəiflədəcək, həm də bu marşrut üzərindəki ölkələrin dəstəyini qazanmaq uğrunda rəqbəti artıracaq;

- Orta dəhlizin infrastrukturunu inkişaf etdirməklə bu marşrutun aktuallığının azalmasına imkan verməyə bilərlər;

Bakı-Daşkənd xəttindəki strateji əməkdaşlığa və Əliyevin Özbəkistan səfərinə bu kontekstdə də baxa bilərik.

Orta dəhliz üzərində iki önəmli oyunçu olan Azərbaycan və Özbəkistan bir-birini qarşılıqlı tranzit olaraq görür:

- Özbəkistan Azərbaycan vasitəsilə Avropaya çıxışı təmin etmək istəyir: bu ölkənin malları dəniz yolu ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilir və buradan bazara çıxarılır; bu il ərzində Özbəkistandan 1 milyon tondan çox yükün Azərbaycan vasitəsilə daşınacağı proqnozlaşdırılır, tərəflər yükdaşıma qabiliyyətini ildə 5 milyon tona çatdırmağı planlaşdırırlar, hətta Özbəkistan bu məqsədlə Bakı limanında anbar da inşa etmək niyyətindədir;

- Azərbaycan da Özbəkistan vasitəsilə Çin və Cənubi Asiya bazarına çıxış əldə edir: bu məqsədlə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin Xəzər dənizinə qədər uzadılması planlaşdırılır;

İki ölkənin qarşılıqlı maraqları həm də Bakı və Daşkəndin Orta dəhliz üzərindəki mövqelərini gücləndirir.

Tarix
2024.08.24 / 01:01
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Ermənilər Azərbaycanla sərhədi boşaldır: nə qədər erməni gedib?

XİN rəhbəri Qətərin yeni səfiri ilə görüşdü

Rəsmi Bakıdan Fransaya: Buna ixtiyarınız yoxdur!

Ceyhun Bayramov xanım səfirlə görüşdü - Foto

Babayanın Zəngəzurla bağlı dedikləri İrəvanı qarışdırdı

Sərhədimizdə qarşıdurma gözlənilir - Bakı diqqətlə izləyir

Muxtar Babayev Vuçiçlə görüşdü - Foto

Bu sülh quruculuğu prosesinə təhdiddir - Bayramov

Bu ərazilər Azərbaycana qaytarılacaq - Detallar...

Daha bir partiya sədri istefa verir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla