Yuxarı

Özbəkistan mediası da cəbhədəki gərginlikdən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan mediası da cəbhədəki gərginlikdən yazdı

Özbəkistanın sharh.uz portalı Dağlıq Qarabağdakı hərbi gərginliklə əlaqədar geniş material verib.

AzərTac xəbər verir ki, aprelin 2-dən başlayaraq Ermənistan silahlı qüvvələri təmas xəttində təxribat törədib və Azərbaycanın mövqelərini müxtəlif istiqamətlərdən iriçaplı pulemyot və artilleriya qurğularından atəşə tutub.

Məqalədə qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində ermənilərə cavab verməyə məcbur olub.

Materialda bildirilir ki, Dağlıq Qarabağdakı gərginliklə əlaqədar Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının iclası keçirib.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda geniş və əhatəli çıxış edib.

Dövlət başçısı deyib: "Çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik".

Sonra yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verilir, ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun yaradıldığı bildirilir. Deyilir ki, fəaliyyət göstərdiyi uzun müddət ərzində təssüf ki, Minsk qrupu heç nə etməyib.

Məqalədə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çəxarılması ilə əlaqədar dörd qətnamə qəbul edib ancaq Ermənistan hələ də bu sənədlərə məhəl qoymur, bununla da dünya birliyinə meydan oxuyur.

Tarix
2016.04.05 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla