Yuxarı

Lukaşenko Mehriban Əliyevanı təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin rəsmi saytı mləlumat yayıb.

“Həyata keçirdiyiniz çoxşaxəli dövlət və ictimai-siyasi fəaliyyət insanların rifahına yönəlib, Sizin peşəkarlığınız, təşkilatçılıq istedadınız, tükənməz həyat enerjiniz və cazibəniz Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda Sizə haqlı olaraq nüfuz qazandırıb. Minsk və Bakı arasında yüksək səviyyəli qarşılıqlı etimad, müxtəlif sahələrdə sıx təmaslar və böyük strateji əhəmiyyətə malik tərəfdaşlıq münasibətlərini qiymətləndirirəm”, - təbrikdə bildirilib.

A.Lukaşenko Belarus-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı genişmiqyaslı planların həyata keçirilməsinin qardaş xalqların maraqlarına tam cavab verdiyinə əminliyini ifadə edib.

“Hörmətli Mehriban Arif qızı, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar arzulayıram, qoy ailənizdə əbədi olaraq sevinc, sevgi və harmoniya hökm sürsün”, - təbrikdə qeyd olunub.

Tarix
2024.08.26 / 10:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Neftçalada 6 məntəqənin nəticələri ləğv edildi

MSK Mustafa Hacılının şikayətini araşdırdı

İlham Əliyev Robert Smiti qəbul etdi

İlham Əliyev Mark Börnslə görüşdü

10 noyabr bəyanatının IX bəndi: Kremllə Tehran qəti qərar verdi

Ərdoğanın Əliyev və Putinlə birgə mükəmməl gedişi

Türkiyədə Azərbaycan adından istifadə: milyonlar talanır - Foto

Köçəryandan Cermux döyüşləri ilə bağlı etiraf...

Rusiya bizə iki tərəfdən də zərbə vurur - Mütəhhəri

Kreml və Bakının yeni vəzifəsi… - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla