Yuxarı

Bakıda tikinti şirkəti sakinləri evlərindən məcbur çıxarır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda tikinti şirkəti sakinləri evlərindən məcbur çıxarır

Bakının Nizami rayonunda tikinti şirkəti sakinlərə "qan uddurur".

Axar.az xəbər veir ki, bu barədə "Sputnik Azərbaycan"a Nizami rayonu Kamil Balakişiyev küçəsində yaşayan sakinlər məlumat verib.

Sakinlər bildiriblər ki, "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi sakinləri illərdir yaşadığı mənzildən məcburən çıxmağa vadar edir. MTK binanın qəzalı olduğunu bəhanə edib Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaları, eləcə də onların həyətindəki ikimərtəbəli uşaq bağçasını, qazanxananı, qeyri-yaşayış obyektlərini sökmək barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığa gəlib.

Sakinlərin dediyinə görə, tikinti şirkəti binanın qəzalı olduğunu bəhanə gətirərək sakinləri öz şərtləri ilə razılaşmağa məcbur edir. Halbuki Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyində binanın qəzalı olduğuna dair bir kəlmə də yazılmayıb:

"Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyinə əsasən, Nizami rayonu, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir".

Sakinlərin agentliyə təqdim etdiyi rəydə də binanın texniki cəhətdən məhdud-işlək vəziyyətdə olduğu qeyd olunub. Sakinlər 1960-cı ildə inşa olunmuş binalarda zəlzələdən sonra çatların belə yaranmadığını, binanın texniki vəziyyətindən narazı olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, sadəcə, olaraq tikinti şirkəti kommersiya məqsədilə yeni binalar inşa etmək üçün ərazidəki binaları sökmək istəyir.

Beləliklə, binada yaşayan sakinlərin bir qismi ilə razılığa gələn tikinti şirkəti onların təklifi ilə razılaşmayan sakinləri incidir.

"Kursus-Nizami" Mənzil-Tikinti Kooperativinin sədri Elnur Hüseynov isə bildirib ki, BŞİH-in verdiyi sərəncama əsasən, FHN-nin rəyi əsasında sökülməsi nəzərdə tutulan köhnə binalarda yaşayan 139 ailənin köçürülməsi həyata keçirilib. Binaların yerində müasir tipli on altı mərtəbəli binalar inşa ediləcək:

"139 ailədən 115 ailə ilə qarşılıqlı razılığa gəlinərək notariusda müqavilə bağlanıb. 29 ailə ilə isə razılığa gəlinməyib. Buna da səbəb 29 ailənin 50 kv mənzilə 500-600 min manat pul, bir otaqlı mənzilə əlavə 80 kvadrat/metrlik iki mənzil tələb etməsidir. Şirkət bu fantastik məbləğlə razılaşa bilməz. Biz notarius xərcini, kirayə haqları və yüklərin daşınmasına çəkilən xərcləri ödəyirik. Hər mənzilin kvadratından 20-25 faiz artıq sakinlərə mənzil veririk. Əvəzləşdirmə etməklə bağlı razılığa gəlməyənlər şirkətdən pul tələb edirlər. Biz isə sakinlərə demişik ki, mənzillərə görə pul yox, mənzillər veriləcək".

Şirkət rəsmisi binanın pəncərələrinin şirkət tərəfindən sökülmədiyini də bildirib. Deyib ki, razılığa gələn sakinlər köçdükdən sonra mənzilin pəncərə və qapılarını çıxararaq bağ evlərinə aparırlar.

E.Hüseynov onu da deyib ki, sakinlərin çıxmaması söküntü və tikinti işlərini ləngidir. O, hazırda binada yaşayan 6 sakinlə məhkəmədə çəkişmələrin davam etdiyini bildirib.

Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov isə sözügedən ərazidə söküntü işlərinin pilot layihə əsasında aparılmadığını, tikinti şirkəti ilə sakinlərin öz aralarında razılığa gəlməli olduqlarını söyləyib. Bildirib ki, bu məsələ rayon icra hakimiyyətinin səlahiyyətində deyil. Amma sakinlər tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı şikayət ediblərsə, bu faktlar araşdırılacaq.

Tarix
2024.09.13 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla