Yuxarı

Azərbaycanlı yazıçı həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı yazıçı həbs edildi

Güney Azərbaycanın Həmədan şəhərində yaşayan şair, yazıçı və ictimai fəal Əli Cahanian həbs olunub.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, sentyabrın 9-da təhlükəsizlik məmurları şairin evinə hücum edib, onu və həyat yoldaşı Firiştə Surini özləri ilə aparıblar.

Bir neçə saatdan sonra yazıçının xanımı sərbəst buraxılsa da, özü Həmədan şəhərinin təhlükəsizlik təcridxanasına salınıb.

Azərbaycanlı şairin evində axtarış aparılıb, ona məxsus şəxsi əşyalar, kompüter, mobil telefon və b. müsadirə olunub.

Əli Cahanianın həbsi sosial mediada hakimiyyəti sərt tənqid edən video paylaşdıqdan sonra baş verib.

Şair İranın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qısasını alacağı barədəki bəyanatlarını tənqid edib:

“Həsən Nəsrullahlar, İsmayıl Haniyələr iranlı gənclərin saçının bir tükünə dəyməzlər, xalqın dərdi HƏMAS, Hizbullah, Livan, Qəzza, hicab və Ərbəin mərasimləri deyil. Edamların sayını artırmaqla xalqı qorxudub susdura bilməyəcəksiniz. Siz İsmayıl Haniyənin qısasını almaq istəyirsiz, biz isə öldürdüyünüz gənclərimizin qısasını sizdən alacayıq”.

Qeyd edək ki, azərbaycanlı şair bundan əvvəl də tənqidi yazıları və çıxşlarına görə, dəfələrlətəzyiqlərə məruz qalıb və həbs olunub.

O, 2023-cü ilin aprel ayında Əli Xaməneini tənqid etdiyinə görə təhlükəsizlik məmurları tərəfindən oğurlanıb, döyülüb və bir neçə gündən sonra huşsuz vəziyyətdə şəhər ətrafına atılıb.

Tarix
2024.09.13 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla