Yuxarı

“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azerlotereya" ASC-nin birgə təşkilatçılığı ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladları ilə “Sea Breeze Resort” istirahət kompleksində görüş keçirilib.

Axar.az xəbər verir ki, görüş zamanı öncə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azerlotereya"nın nümayəndələri 30-dan çox şəhid övladı ilə səhər yeməyi süfrəsi ətrafında bir araya gəliblər.

Birliyin sədri Sevinc Alızadə və “Azərlotereya” ASC-nin İdarə Heyətinin üzvü Saleh Tüfekçi yeni tələbə adını qazanmış şəhid övladlarını təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıblar. Təhsil müddəti boyunca hər zaman onları dəstəkləyəcəklərini və yeni-yeni uğurlar qazanmaq üçün onların yanlarında olacaqlarını bildiriblər.

Günün davamında iştirakçılar “Sea Breeze Resort” istirahət mərkəzinin ofisini və kompleks ərazisində yerləşən yaradıcılıq mərkəzini ziyarət edərək əyləncəli və səmərəli zaman keçiriblər.

Görüşün sonunda tələbə şəhid övladlarına hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azərlotereya"nın birgə həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları təqaüdlə təmin olunur. İndiyədək 110 şəhid əmanətini əhatə edən bu sosial layihəyə bu il 40 yeni iştirakçı qoşulub. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.

Tarix
2024.09.13 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla