BMT TŞ Yəməndəki vəziyyətlə bağlı təcili iclas keçirəcək
20:43
| Ana səhifə Planet |
|
Ukrayna Nazirlər Kabineti Rusiya və Belarusla sərhəd boyunca xüsusi sərhəd rejimi tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti öz saytında məlumat yayıb.
"Hərbi vəziyyət dövründə Rusiya Federasiyası və Belarusla dövlət sərhədi boyunca 1 km enində torpaq sahələrində xüsusi sərhəd rejimi yaradılacaq", - deyə açıqlamada bildirilir.
"Göstərilən ərazi daxilində şəxslərin sərbəst girişi, qalması, yaşaması və hərəkət etməsi, eləcə də hərbi əməliyyatlar, müdafiə və ya dövlət sərhədinin qorunması ilə əlaqəli olmayan işlərin görülməsi qadağandır", - deyə nazirlik vurğulayıb və əlavə edib ki, məhdudiyyətlər dövlət sərhədi boyunca bir kilometr uzunluğunda zolaq daxilindəki bütün torpaq sahələrinə şamil olunur.
|
Tarix
2026.09.10 / 19:40
|
Müəllif
Axar.az
|