Yuxarı

Tokayev TDT-nin DİN rəhbərləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayev TDT-nin DİN rəhbərləri ilə görüşdü

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin daxili işlər nazirləri ilə görüş keçirib.

Axar.az “Akorda”ya istinadla xəbər verir ki, bu, təşkilata üzv ölkələrin daxili işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan görüşü çərçivəsində reallaşıb.

Qasım-Jomart Tokayev ilə görüşdə Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov, Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi, Özbəkistanın daxili işlər naziri Əziz Taşpulatov və Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov iştirak ediblər.

Qazaxıstanın dövlət başçısı bildirib ki, türk dövlətlərini tarixi keçmiş, oxşar dil və ənənələr, eləcə də ümumi maraqlar birləşdirdiyindən onlar arasında əməkdaşlıq ildən-ilə möhkəmlənir:

“Türk Dövlətləri Təşkilatı dostluğumuzun möhkəmləndirilməsinə böyük töhfə verir. Qazaxıstan bu nüfuzlu təşkilatla hərtərəfli əməkdaşlığın dərinləşdirilməsinə prioritet əhəmiyyət verir. Təşkilata üzv dövlətlər müxtəlif sahələrdə, o cümlədən güc strukturları arasında əlaqələri genişləndirir. Bu baxımdan daxili işlər nazirlərinin görüşü xüsusi əhəmiyyət daşıyır”.

Qasım-Jomart Tokayev, həmçinin dünyada baş verən genişmiqyaslı dəyişikliklərin doğurduğu müasir təhdid və çağırışlara diqqət çəkib.

Görüşün sonunda Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrinin liderlərinə səmimi salamlarını çatdırıb və dostluq münasibətlərinin daim qorunub saxlanılmasına çağırıb.

Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev də çıxış edib.

Tarix
2026.09.10 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

Nazir Azərbaycanın yardımları ilə bağlı maraqlı faktı açıqladı

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla