Yuxarı

Xələf Xələfov: "Zəruri şərait yaranır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xələf Xələfov: "Zəruri şərait yaranır"

Bu il aprelin 5-6-da Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 44-cü iclası keçirilib.

AzərTac xəbər verir ki, iclasın işində Azərbaycan Respublikasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.

İclasda sədrlik edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini X.Xələfov danışıqlar prosesində irəliləyiş olduğunu bildirərək vurğulayıb ki, Xəzəryanı ölkələrin dövlət başçılarının və xarici işlər nazirlərinin müntəzəm görüşləri mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşması və konkret nəticələr əldə edilməsi üçün zəruri şərait yaradır. O, əminliyini ifadə edərək deyib ki, göstərilən səylər Konvensiya layihəsinin bütün müddəalarına dair konsensusa gəlməyə imkan verəcək.

İclasın gedişində Konvensiya layihəsinin bir sıra mühüm müddəaları və maddələri, o cümlədən tərəflərin suverenliyi, onların Xəzər dənizində suveren hüquqlarının və yurisdiksiyasının həyata keçirilməsi ilə bağlı müddəalar və maddələr razılaşdırılıb.

Nümayəndə heyətləri aparılmış danışıqların yekunlarını müsbət qiymətləndirib və görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasına təşəkkürlərini bildiriblər.

Xüsusi işçi qrupun növbəti iclası İran İslam Respublikasında keçiriləcək. İclasın keçirilməsi müddəti diplomatik kanallarla razılaşdırılacaq.

Tarix
2016.04.06 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla