Yuxarı

Rasizadə Medvedyevlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedyev ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr müzakirə olunub.

Baş nazir Artur Rasizadə ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin Azərbaycanda yüksək dəyərləndirildiyini bildirib, rusiyalı həmkarı Dmitri Medveydevin bu səfəri çərçivəsində siyasi, iqtisadi məsələlərlə bağlı aparılan danışıqların əlaqələrin daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib. Humanitar sahədə əlaqələrə toxunan Artur Rasizadə Azərbaycanda 321 məktəbdə tədrisin rus dilində aparıldığını, ölkəmizdə Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının fəaliyyətinin münasibətlərimizin inkişafındakı rolunu qeyd edib. Azərbaycanda neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun da sürətli templərlə inkişaf etdirildiyini deyən Baş nazir Artur Rasizadə kənd təsərrüfatı, turizm və digər sahələrdə Rusiya ilə qarşılıqlı maraqlara əsaslanan birgə yeni layihələr həyata keçirməyi təklif edib. Bildirib ki, Rusiya regionları ilə yaradılan gözəl münasibətlər ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Artur Rasizadə vurğulayıb ki, münaqişə sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Artur Rasizadə münaqişənin həllinə dair göstərilən fəal vasitəçiliyə görə Rusiya rəhbərliyinə təşəkkürünü bildirib.

"Həyatda həmişə sabit amillərlə yeniliklər bir-biri ilə birləşir. Həm Rusiya, həm Azərbaycan dəyişib, amma münasibətlərimizin amili sabit olaraq qalıb", - deyən Dmitri Medvedyev sabit olan münasibətlər amili kimi dostluğumuzu misal çəkib, bu amilin qorunub saxlanmasının vacibliyini qeyd edib. Hər iki ölkənin iqtisadiyyatlarının oxşarlığından danışan Rusiya Hökumətinin Sədri neft-qaz amilindən asılılığı azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətinə toxunub. Dmitri Medvedyev də birgə layihələr üzərində işləməyin önəmini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Rusiya Hökumətinin Sədri diqqətə çatdırıb ki, münaqişənin həllindən bütün region faydalanacaq və Rusiya da özünü bu regionun bir hissəsi hesab edir.

Tarix
2016.04.08 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla