Yuxarı

Sərksiyan Lev-Petrosyanın evində - Qarabağ müzakirəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərksiyan Lev-Petrosyanın evində - Qarabağ müzakirəsi

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ilə bağlı ölkənin qanuni prezidenti Levon Ter-Petrosyanla görüşüb.

Axar.az xəbər verir ki, Sərksiyan və Petrosyan təmas xəttində son hadisələri müzakirə ediblər. Tərəflər arasında görüş Ter-Petrosyanın təşəbbüsü ilə onun evində baş tutub.

Qeyd edək ki, 1991-ci ilin oktyabrında Ter-Petrosyan Ermənistan tarixində ilk dəfə keçirilən seçkilərdə qalib gəlib. Beş il sonra, 1996-cı ilin sentyabrında isə onun seçkilərin saxtalaşdırılması nəticəsində hakimiyyətə gəldiyini iddia ediblər.

1998-ci ilin fevralında Ter-Petrosyan Ermənistanın o vaxtkı Müdafiə naziri Vazqen Sərkisyanın başçılığı ilə keçirilən hərbi çevriliş zamanı istefaya göndərilib. Sözügedən dövrdə Vazqen Sərkisyan Müdafiə naziri, Serj Sarkisyan isə Daxili İşlər və Milli Təhlükəsizlik naziri vəzifəsində idi. Dövrün Baş naziri Robert Köçəryanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi prezident Ter-Petrosiyanın mövqeyindən fərqlənirdi.

Levon Ter-Petrosyan Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazidən çıxması və Dağlıq Qarabağa ən yüksək muxtar statusun verilməsi barədə müzakirələri dəstəkləyirdi. Lakin "Qarabağ klanı" bunu təslimçi saziş kimi qələmə verərək, etiraz edirdi.

Prezidentlikdən devrilərkən, 1998-ci ildə Ter-Petrosyan gələcəkdə Azərbaycanın çox güclənəcəyini və indiki şərtləri qəbul etmək üçün ermənilərin yalvaracağını bildirmişdi.

Tarix
2016.04.09 / 22:20
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla