Yuxarı

Paşinyan bu müharibədən milyardlar qazanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Qərbin Rusiyaya tətbiq edilən sanksiyalarının dəlinməsində müstəsna rol oynayır. Amma Avropa qurumları buna heç bir reaksiya vermir. Fakt odur ki, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi Rusiya-Ukrayna müharibəsinə qədər 2 milyard dollara çatmırdı. Müharibə başlayandan sonra isə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 9 milyard dollara qədər yüksəldi. İndi isə proqnozlaşdırılır ki, bu rəqəm 15-16 milyard səviyyəsinə qədər artacaq.

Axar.az xəbər verir ki, bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, VI çağırış Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, Ermənistanın əhalisi, iqtisadiyyatı, potensialı bu qədər maliyyəni normal iqtisadiyyata yönəltmək imkanında deyil:

“Hamıya məlumdur ki, Ermənistan hazırda reeksportla məşğuldur. Bunun hansı istiqamətdə getdiyi də məlumdur. Təəssüflər olsun ki, Ermənistanla bağlı Qərb həmişə ikili standartlardan çıxış edir. Bu dəfə isə Qərb bunu hiyləgər şəkildə edir. Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyi halda, Qərb öz mallarını Ermənistan vasitəsi ilə bu ölkəyə çatdırır”.

Səməd Seyidov hesab edir ki, bu fakt bir daha Qərbin ikili standartalarını, onun beynəlxalq qanunlara riayət etməsi ilə bağlı məsələləri aydın şəkildə göstərir:

“Azərbaycan tərəfi də bunu yaxşı bilir. Çünki Ermənistan heç vaxt müstəqil olmayıb. Hazırda da bu ölkə hər iki tərəfin, yəni Qərblə Rusiyanın əlində alətdir. Qərb məhz Ermənistanı alət kimi istifadə edərək Qafqazda sabitliyi pozmaq istəyir. Eyni zamanda bu ölkə vasitəsilə Qərb öz məhsullarını üçüncü tərəfə satır. Rusiya isə Ermənistandan həmişə bir alət kimi isitifadə edib. Erməni lobbisindən istifadə edərək Kreml Qərb ölkələrində öz maraqlarına uyğun məsələləri həll edir. Onların vasitəsi ilə Qərb dövlətlərinin içərəsində təsir imkanları əldə edib öz maraqlarını təmin etmək siyasəti aparır.

Nəticədə Ermənistan müstəqillikdən uzaq olur. Çünki bu siyasəti aparan dövlət sonda mütləq uduzacaq. Burada birinci və ikinci tərəf istər-istəməz Ermənistanın deyil, özünün maraqlarını həyata keçirəcək. Bundan fərqli olaraq isə Azərbaycan hər zaman özünün milli maraqlarını ön planda tutan, onu güclü şəkildə müdafiə edən bir dövlətdir. İkili standartlar nə qədər geniş yayılsa da, Azərbaycan özünün milli maraqlarını gündəmə gətirib müdafiə etməsi ən düzgün və real siyasətdir”.

Tarix
2024.09.17 / 16:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi

İrəvana axan qanunsuz milyardlar: Bakı nə etməlidir?

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla