Yuxarı

Alim Qasımovdan Prezidentə musiqili xitab - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim Qasımovdan Prezidentə musiqili xitab - Video

Xəbər verildiyi kimi, ötən gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında iştirak ediblər. Mərasim zamanı muğam səsləndirilib.

Bu zaman masa arxasında oturan xalq artisti Alim Qasımov ayağa qalxaraq xanəndəyə qoşulub. Bir neçə dəqiqə ifadan sonra o, xanəndə Təyyar Bayramova müraciətlə "keç təsnifə ay bala" deyərək ifasını bitirib (ANS).

A.Qasımovun ifası prezident İlham Əliyev və xanımı tərəfindən alqışlarla qarşılanıb.

Böyük xanəndəmizin prezidentin qarşısında oxuduğu muğamın sözləri mesaj xarakterlidir və aşağıdakı kimidir:

Kim bizim diyarda qoysa yadigar,
Xalqın ürəyində daima yaşar.
Dolanıb ömürdən keçsə min bahar,
O mərdi dünyada unutmaq olmaz.

Şair, sən də durma yaşayıb-yarat,
Şeirlə səslənsin bu gözəl həyat.
Xalqın nəfəsinə nəfəsini qat,
Xalqsız bu dünyada ucalmaq olmaz. (Musavat.com)

Tarix
2014.02.14 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla