Yuxarı

Rusiya nüvə doktrinasını buna görə dəyişdi – Ünal Atabəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın yeni nüvə doktrinası, əslində, Rusiya-Ukrayna müharibəsində Moskvanın mövcud doktrinasının Qərbi çəkindirmədiyi düşüncəsinin nəticəsidir. Yəni mövcud nüvə doktrinası Qərbin Ukraynaya günbəgün artan yardımının qarşısını almadığı, Moskvanın heç vaxt bu silahdan istifadə etməyəcəyinə dair düşüncəsinin formalaşdığına görə dəyişdirildi. Aydındır ki, Rusiyanın nüvə arsenalından istifadə qaydası Qərbi çəkindirməyə kifayət etmir.

Bu sözləri Axar.az-a türkiyəli hərbi ekspert Ünal Atabəy Rusiyanın nüvə doktrinasının dəyişdirilməsini şərh edərkən deyib.

O, Rusiyanın daha qərarlı bir duruş sərgiləməsi, maraqlarını diktə etməsi üçün belə bir varianta əl atmasının gözlənilən olduğunu bildirib:

“Yeni nüvə doktrinasında əsas diqqət çəkən məqamlardar biri odur ki, nüvə silahına malik olmayan dövlət bu silaha sahib bir dövlətin dəstəyi ilə Rusiyaya hücumu edərsə, bu, ortaq hücum kimi dəyərləndiriləcək. Məqsəd ABŞ başda olmaqla, Ukraynaya dəstək verən Qərb dünyasına göz dağı vermək, onları atacağı addımlardan çəkindirməkdir. Nüvə doktrinasına yenidən baxılması adı açıqlanmayan müharibənin - Rusiya ilə NATO arasında gedən savaşın sərhədlərin pozulacağı halında ciddi nəticəsi olacağına işarə edir. Doktrinanın dəyişdirilməsilə Kreml istənilən hava hücumuna nüvə silahı ilə cavab verilə biləcəyini bəyan edərək, Qərbi uzaqmənzilli hücumlara icazə verməkdən çəkindirməyə çalışır. Bir sözlə, Rusiya yeni qərarı ilə Qərbin Ukraynaya daha güclü dəstək verməsinin qarşısını almaq niyyətindədir”.

O bildirib ki, Rusiyanın nüvə doktrinasını dəyişməsi Qərbi ciddi anlamda addımlarından çəkindirə bilər:

“Təbii ki, bu, Ukraynanın Rusiyanın daxili ərazilərinə hücumuna qarşı tutacağı mövqedən asılıdır. Qərb ölkələri bu məqamda Rusiyanı yoxlayacaq addımlar ataraq, Moskvanın əks reaksiyasına uyğun hərəkət edəcək. Rusiya yeni qərarının arxasında qətiyyətlə durub, praktiki olaraq da tətbiq eləsə, hədəfinə nail olacaq. Eyni zamanda düşünürəm ki, Qərb indiki mərhələdə Ukrayna sərhədinə göndərdiyi silah sistemlərini məhdudlaşdıracaq”.

Qeyd edək ki, Rusiya nüvə doktrinasını dəyişəcəyini elan edib.

Tarix
2024.09.26 / 17:20
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycanla sülh nəinki mümkündür, hətta... - Paşinyan

Vətən müharibəsinin başlamasından 4 il ötür

Türkdilli ölkələrin yeni ittifaqı yaradıldı - Video

Sülh sazişi regiona rifah gətirəcək - Blinken

Ceyhun Bayramov Co Baydenlə görüşdü - Foto

Bayramov Mirzoyanla görüşdü: Razılaşma əldə olundu

Türkiyədən Anım Günü ilə bağlı bəyanat

Türkiyənin “Alpin” PUA-sı Bakıda - Foto

Veteran pulu 2 dəfə artırılsın: Böyük məbləğ deyil ki... - Deputat

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla