Yuxarı

Paşinyanın mövqeyində mənfi ab-hava görünmür - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Cənab Paşinyanın yanaşmasına nəzər saldıqda onun heç bir mənfi ab-havası görünmür. Türkiyə olaraq bizdən Ermənistanla Azərbaycan arasında sülh sazişini təmin etməyimizi istəyirlər ki, onlar da sülh içində qonşu kimi yaşaya bilsinlər. Biz artıq bunun arxasınca gedirik”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan Azərbaycanla Ermənistan arasındakı bir sıra məsələlərin həll ediləcəyinə inamını ifadə edib:

“Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasındakı bu məsələləri mərhələli şəkildə həll edə bilərik. Hər iki tərəf əslində sülhün tərəfdarıdır. Hazırda Azərbaycan belə bir gözləntidədir və səy göstərir. İnanırıq ki, yaranacaq sülh və əmin-amanlıq mühiti hamı üçün ən yaxşısı olacaq. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər qapısı açacaq. Sülh prosesinin nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də müsbət təsir göstərəcək”.

Tarix
2024.09.26 / 22:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycanla sülh nəinki mümkündür, hətta... - Paşinyan

Vətən müharibəsinin başlamasından 4 il ötür

Türkdilli ölkələrin yeni ittifaqı yaradıldı - Video

Sülh sazişi regiona rifah gətirəcək - Blinken

Ceyhun Bayramov Co Baydenlə görüşdü - Foto

Bayramov Mirzoyanla görüşdü: Razılaşma əldə olundu

Türkiyədən Anım Günü ilə bağlı bəyanat

Türkiyənin “Alpin” PUA-sı Bakıda - Foto

Rusiya nüvə doktrinasını buna görə dəyişdi – Ünal Atabəy

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla