Yuxarı

Sülh sazişi regiona rifah gətirəcək - Blinken

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda keçirilən görüşünə dair bəyanat yayıb.

Axar.az Report-a istindən xəbər verir ki, bəyanatda Dövlət katibinin Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqini təqdir etdiyi bildirilib:

"BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində bu gün Nyu Yorkda Dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüş keçirib. Blinken hər iki naziri Azərbaycan və Ermənistanı davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib, sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı tərəqqisini təşviq edib. Dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğulayıb".

Qeyd edək ki, bu gün ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Tarix
2024.09.26 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycanla sülh nəinki mümkündür, hətta... - Paşinyan

Vətən müharibəsinin başlamasından 4 il ötür

Türkdilli ölkələrin yeni ittifaqı yaradıldı - Video

Ceyhun Bayramov Co Baydenlə görüşdü - Foto

Bayramov Mirzoyanla görüşdü: Razılaşma əldə olundu

Türkiyədən Anım Günü ilə bağlı bəyanat

Türkiyənin “Alpin” PUA-sı Bakıda - Foto

Rusiya nüvə doktrinasını buna görə dəyişdi – Ünal Atabəy

Veteran pulu 2 dəfə artırılsın: Böyük məbləğ deyil ki... - Deputat

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla