Yuxarı

Azərbaycanla sülh nəinki mümkündür, hətta... - Paşinyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında sülh nəinki mümkündür, hətta tamamilə əldə edilə bilər.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna bir neçə amil kömək edir.

Əsas addımlardan biri avqustun 30-da Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə işi haqqında imzalanmış saziş olub. Paşinyan vurğulayıb ki, bu, tərəflərin imzaladıqları ilk ikitərəfli sənəddir. O, həmçinin qeyd edib ki, tərəflər 1991-ci il Almatı Bəyannaməsindən sərhədlərin müəyyən edilməsində əsas prinsip kimi istifadə etmək barədə razılığa gəliblər ki, bu da ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması deməkdir.

Paşinyan bildirib ki, növbəti addım sülh müqaviləsinin imzalanması və tam dövlətlərarası əməkdaşlığın qurulması olacaq. Ermənistan Bakı ilə sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağı və qalan bəndləri sonra müzakirə etməyi təklif edir:

“Bütün məsələləri dərhal həll edən heç bir sülh sazişi yoxdur, hətta saziş imzalandıqdan sonra da ölkələr yeni sazişlər bağlamağa və əlavə razılaşmalar əldə etməyə davam edə bilərlər”.

Tarix
2024.09.27 / 01:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Vətən müharibəsinin başlamasından 4 il ötür

Türkdilli ölkələrin yeni ittifaqı yaradıldı - Video

Sülh sazişi regiona rifah gətirəcək - Blinken

Ceyhun Bayramov Co Baydenlə görüşdü - Foto

Bayramov Mirzoyanla görüşdü: Razılaşma əldə olundu

Türkiyədən Anım Günü ilə bağlı bəyanat

Türkiyənin “Alpin” PUA-sı Bakıda - Foto

Rusiya nüvə doktrinasını buna görə dəyişdi – Ünal Atabəy

Veteran pulu 2 dəfə artırılsın: Böyük məbləğ deyil ki... - Deputat

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla