Yuxarı

Türkiyənin “Alpin” PUA-sı Bakıda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Titra” şirkətinin istehsal etdiyi “Alpin” pilotsuz uçuş aparatı ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə sərgisində ilk dəfə nümayiş etdirilir.

Axar.az xəbər verir ki, bununla bağlı Trend-ə şirkətin nümayəndələri məlumat verib.

Bildirilib ki, “Alpin” pilotsuz uçuş aparatı müasir texnologiyalara əsaslanan çoxfunksiyalı bir platformadır:

“Bu aparat müxtəlif missiyalarda istifadə oluna bilən çeşidli faydalı yük seçimləri və üstün performans xüsusiyyətləri ilə təchiz olunub. “Alpin” pilotsuz uçuş aparatı EO/IR Kameraları (Elektron Optik/İnfraqırmızı), gecə və gündüz missiyaları üçün yüksək görüntüləmə, SAR Radar - hər hansı hava şəraitində dəqiq görüntü və hədəf aşkar etmə üçün radar sistemi ilə təchiz edilib. Bağlı yüklərin daşınması üçün qutulu yük sistemi mövcuddur. Bu sistemlər maksimum 200 kiloqrama qədər faydalı yük daşıya bilər”.

Məlumat verilib ki, PUA-nın uzunluğu 6.27 metr, hündürlüyü 2.47 metrdir:

“Havada qalma müddəti 9 saat və daha çox, yanacaq tipi benzin, 175 litr tutumludur. Bu pilotsuz uçuş aparatı hərbi, humanitar və kommersiya missiyaları üçün ideal bir seçimdir, çünki yüksək performanslı və geniş faydalı yükdaşıma imkanlarına malikdir”.

Tarix
2024.09.26 / 17:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycanla sülh nəinki mümkündür, hətta... - Paşinyan

Vətən müharibəsinin başlamasından 4 il ötür

Türkdilli ölkələrin yeni ittifaqı yaradıldı - Video

Sülh sazişi regiona rifah gətirəcək - Blinken

Ceyhun Bayramov Co Baydenlə görüşdü - Foto

Bayramov Mirzoyanla görüşdü: Razılaşma əldə olundu

Türkiyədən Anım Günü ilə bağlı bəyanat

Rusiya nüvə doktrinasını buna görə dəyişdi – Ünal Atabəy

Veteran pulu 2 dəfə artırılsın: Böyük məbləğ deyil ki... - Deputat

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla