Yuxarı

Ermənistan ordusunda istefalar başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan ordusunda istefalar başladı

Dağlıq Qarabağda uğursuzluqdan sonra Ermənistanda həm ordu, həm də digər strukturlarda istefalar başlayıb.

Publika.az xəbər verir ki, bu haqda Ermənistanın "168 jam" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Ermənistan ordusunda generallar və yüksək vəzifəli şəxslər istefaya göndərilir: "Hakimiyyət istefaları maksimum dərəcədə gizli saxlamağa çalışır".

Qəzet qeyd edir ki, Ermənistan diplomatiyası da ordunun uğursuzluğunu daban-dabana izləyir.

"Diplomatik mənbələr Xarici İşlər naziri Eduard Nalbandyanın vəziyyətinin yaxşı olmadığını deyirlər. Halbuki, bir müddət öncə onun 2017-ci ildən sonra prezident olacağı gözlənilirdi. Lakin Nalbandyan AŞPA-da Sərsəng su anbarı ilə bağlı qəbul olunan qətnamə ilə ilk zəifliyini göstərdi. O, bu qətnaməni "kağız parçası" elan etsə də, reallıqda Azərbaycan bu qətnaməyə istinad edərək həmin ərazilərə nəzarəti ələ keçirə bilər. Ardınca Qarabağdakı döyüşlərdə Nalbandyan diplomat kimi heç nəyə yaramadığını sübut etdi", - deyə qəzet yazıb.

Tarix
2016.04.12 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla