Yuxarı

Çekicyandan etiraf: İrəvanda Bakı musiqisi eşidilirdi, indi isə…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Milli Qəhrəmanı, Ermənistan Dövlət Milli Akademik Xorunun bədii rəhbəri və baş dirijoru Hovhannes (Ovannes) Çekicyanın erməni mediasına etirafları diqqət çəkib.

Axar.az xəbər verir ki, o, İrəvana gəldiyi vaxtlarda pəncərələrdən yalnız “Bakı musiqisi”nin (Azərbaycan musiqisi) eşidildiyi haqda dediyi fikirləri bir daha təsdiqləyib.

Jurnalistin bu yöndən sualına Çekicyan belə cavab verib:

“Bəli, bu danılmaz faktdır. İndi yaxşıdır. Tədricən insanlar başa düşürlər ki, bu, onun musiqisi deyil. Amma təəssüf ki, bu musiqinin yerini indi bayağılıq tutdu ki, bu da bizi sevindirmir”.

Çekicyan İkinci Qarabağ savaşı və antiterror əməliyyatları haqda danışmaqda imtina edib. Həmçinin jurnalistin “Bakı ilə sülh və harmoniyada yaşamaq mümkündürmü” sualına “məni siyasətə qatmayın” deyə cavab verib.

Qeyd edək ki, Hovhannes (Ovannes) Çeçiçyan 1929-cu ildə İstanbulda anadan olub. İstanbul Konservatoriyasında və Parisdə “Ecole Normale de Musique”də musiqi təhsili alıb. O, bir müddət İstanbul Dövlət Operasında orkestr dirijoru olub. 1961-ci ildə Ermənistana köçüb və musiqi karyerasını Dövlət Musiqi Akademiyasında davam etdirib. 1975-ci ildən İrəvan Qomidas Dövlət Konservatoriyasında dərs deyir.
2017-ci ildə Ermənistan prezidenti ona “Milli Qəhrəman” adı verib.

Tarix
2024.10.03 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident və xanımı Cəbrayılda...

Lukaşenko Bakıya gələcəyini açıqladı

Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər

Qardaşım İlham Heydəroviç bilməlidir ki... - Lukaşenko

Türk dövlətləri üçün əlamətdar gün

İlham Əliyev iraqlı həmkarını təbrik etdi

İrəvan “miatsum”dan imtina etdi - Nikolun yeni planı

İlham Əliyev koreyalı həmkarına məktub göndərdi

İlham Əliyev Almaniya prezidentini təbrik etdi

Ərdoğan TŞ-ni toplayır: Bakı-İrəvan münasibətləri...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla