Yuxarı

Qazi məhkəmə zalında həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri saxlama, daşıma) maddəsi ilə təqsirli bilinən Əziz Eldar oğlu Səfixanovun sonuncu məhkəmə prosesi keçirilib.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, ötən prosesdə dövlət ittihamçısı Ə.Səfixanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Səfixanovun vəkili çıxış edərək müvəkkilinin 44 günlük Vətən müharibəsi iştirakçısı olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, satışı ilə məşğul olmadığını bildirib. Sonra son sözlə çıxış edən Əziz Səfixanov müharibədən qayıtdıqdan sonra cərrahiyə əməliyyatı olduğunu, bu səbəbdən də ağrılarına görə narkotik vasitə istifadə etdiyini qeyd edib.

Xatırladaq ki, külli miqdarda narkotik maddə ittihamı ilə təqsirləndirilən Əziz Səfixanov barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hakim müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Əziz Səfixanov barəsində qətimkan tədbiri dəyişdirilməklə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Əziz Səfixanov 44 günlük Vətən müharibəsində 2 dəfə yaralanıb.

Tarix
2024.10.03 / 10:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Zəngilanda...

Azərbaycanlıların Ermənistana qayıtması… - Kostanyan

Litva Azərbaycana “öyüd" verə bilən axırıncı ölkədir

Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - Foto

Prezident və xanımı Cəbrayılda...

Azərbaycanda doğulub, Gəncəni qana boyayan erməni...

Lukaşenko Bakıya gələcəyini açıqladı

Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər

Qardaşım İlham Heydəroviç bilməlidir ki... - Lukaşenko

Türk dövlətləri üçün əlamətdar gün

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla