Yuxarı

Metro gücləndirilmiş iş rejiminə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqası turniri çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

QSC-dən Axar.az-a verilən məlumata görə, matçın keçiriləcəyi stadiona yaxın ərazidə yerləşən “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Saat 20:45-də başlanacaq oyuna tamaşaçı marağı, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq bir sıra əlavə tədbirlər görüləcək.

Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.

Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.

Ümumən qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək.

Görüş yekunlaşdıqdan sonra da qatarların hərəkəti məhz “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Tarix
2024.10.03 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan rusiyalı diplomata qarşı təxribatın qarşısını alıb

Rəsmi Bakıdan Litva XİN başçısına sərt reaksiya

Narışkin Bakıya gəldi

İlham Əliyev elə bir siyasətçidir ki… - Şahnazarov

İlham Əliyev Zəngilanda...

Azərbaycanlıların Ermənistana qayıtması… - Kostanyan

Litva Azərbaycana “öyüd" verə bilən axırıncı ölkədir

Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - Foto

Prezident və xanımı Cəbrayılda...

Azərbaycanda doğulub, Gəncəni qana boyayan erməni...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla