Yuxarı

Bu şəbəkənin genişləndirilməsi üçün işlər görülür - Xidmət rəisi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 oktyabr Ümumdünya Heyvanları Müdafiə Günüdür. Bu tarix hər il oktyabr ayının 4-də qeyd olunsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən il boyu mütəmadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirilir.

Axar.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, zubr, ceyran, nəcib maral, bezoar keçilərinin reintroduksiya edilərək öz areallarına qaytarılması və populyasiyalarının artırılması istiqamətində həyata keçirilən layihələri, su ekosisteminin bərpası məqsədilə Xəzər dənizi və daxili su hövzələrinə balıq buraxılışlarını, həmçinin brakonyerliyə qarşı görülən mübarizə tədbirlərini bu istiqamətdəki fəaliyyətlərə misal göstərmək olar.

“Respublikamızda heyvanların mühafizəsi üçün Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi (XMOTƏ) şəbəkəsi fəaliyyət göstərir və bu şəbəkənin daha da genişləndirilməsi məqsədilə davamlı işlər görülür.

Samux və Qax rayonları, Alazan (Qanıx) çayı vadisi və Axar-baxar dağ silsiləsinin ərazisində yeni milli parkın yaradılması ilə bağlı işlər davam etdirilir. Naxçıvanda ötən əsrdə yalnız Ordubad yasaqlığı var idisə, hazırda orada ümumi sahəsi 148 min 645 hektar olan 4 Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi fəaliyyət göstərir”.

Tarix
2024.10.03 / 16:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Zəngilanda...

Narışkin şok faktı açıqladı: Bakı ilə birgə qarşısını aldıq!

Prezident və xanımı Cəbrayılda...

Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov

Rəsmi Bakıdan Litva XİN başçısına sərt reaksiya

Narışkin Bakıya gəldi

İlham Əliyev elə bir siyasətçidir ki… - Şahnazarov

Azərbaycanlıların Ermənistana qayıtması… - Kostanyan

Litva Azərbaycana “öyüd" verə bilən axırıncı ölkədir

Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla