Ana səhifə Hadisə |
19:27
Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
Axar.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.
"Bundan sonra sərnişin qatar yolundan çıxarılıb. Sərnişinin vəziyyəti barədə həkimlərin rəyindən sonra məlumat veriləcək.
Artıq təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.
Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır", - B.Məmmədov bildirib.
Qeyd edək ki, bu gün "28 May" stansiyasında kişi sərnişin qatarın altına düşməsi nəticəsində ölüb.
***
Bakı metrosunda xətlər üzrə intervallar, əsasən bərpa olunub.
Bu barədə səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Qeyd edək ki, bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb. Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub.
***
Bakı Metropoliteninin "Ulduz" stansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.
TƏBİB-dən Report-un sorğusuna cavab olaraq bildirilib ki, dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.
Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Tarix
2024.10.03 / 23:58
|
Müəllif
Axar.az
|