Yuxarı

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.

Axar.az xəbər verir ki, təlimə FHN-in Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi, Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə baş vermiş “yanğını operativ söndürərək”, deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri təxliyə edib onlara təxirəsalınmaz ilkin yardım göstəriblər”.

Uğurla keçən təlimin sonunda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Tarix
2024.10.03 / 17:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan

Əli Əsədov Belarus baş naziri ilə görüşdü

Ərdoğan TŞ-ni topladı: Bakı-İrəvan münasibətləri...

İlham Əliyev Zəngilanda...

Narışkin şok faktı açıqladı: Bakı ilə birgə qarşısını aldıq!

Prezident və xanımı Cəbrayılda...

Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov

Rəsmi Bakıdan Litva XİN başçısına sərt reaksiya

Narışkin Bakıya gəldi

İlham Əliyev elə bir siyasətçidir ki… - Şahnazarov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla