Yuxarı

Əli Əsədov Belarus baş naziri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov Belarus baş naziri ilə görüşdü

Oktyabrın 3-də Minskdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Axar.az xəbər verir ki, hökumət başçılarının məhdud tərkibdə görüşü keçirilib, daha sonra müzakirələr hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafı qeyd edilib.

Bu xüsusda Belarus Prezidentinin bu ilin mayında Azərbaycana dövlət səfərinin əhəmiyyəti vurğulanıb.

Hökumət başçıları iqtisadi-ticari əməkdaşlığa dair cari məsələləri müzakirə ediblər. Bu ilin 8 ayının yekunları üzrə qarşılıqlı ticarətin həcmində artım müşahidə olunub ki, bu da 39 faiz təşkil edib. Ticarət dövriyyəsinin artması tendensiyasının dəstəklənəcəyinə əminlik ifadə olunub.

Əli Əsədov və Roman Qolovçenko həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı perspektivlərini müzakirə ediblər və Azərbaycan və Belarus üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.

Danışıqların yekununa dair Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, səhiyyə sahəsində əməkdaşlıq, Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi və yanğınsöndürmə avadanlığının tədarükü ilə bağlı bir sıra sənədlər imzalanıb.

Tarix
2024.10.03 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla