Yuxarı

Avropa yanır, Britaniya isə boş oturur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa yanır, Britaniya isə boş oturur

Avropa Soyuq müharibədən bəri ən təhlükəli dövrünü yaşayır. Bu fonda Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni daha da genişləndirməyə və Kiyevi dəstəkləyən ölkələrə hücumları artırmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə "Telegraf" nəşrində dərc olunan məqalədə bildirilib.

"Bu vəziyyətdə Böyük Britaniya yeni təhdidlərə kifayət qədər hazır olmayan ölkə kimi görünür. Bu yaxınlarda Rusiya Ukraynanın qərbinə, NATO sərhədindən cəmi bir neçə kilometr məsafəyə PUA zərbələri endirib. Hadisədən sonra Polşa iki hava limanını bağlayıb. Eyni zamanda, NATO qırıcıları Litvanın hava məkanını pozan PUA-nı vurmalı olub. Baltik dənizində mühüm sualtı kabellərin kəsilməsi, Böyük Britaniya, Almaniya və Polşada anbarların və dəmir yolu depolarının yandırılmasına cəhdlər, aviabazalar və hava limanları üzərində dronların icazəsiz uçuşları – hazırda Rusiyanın fəaliyyətinin əsas istiqamətlərini məhz bunlar təşkil edir. Moskva bütün qitə boyunca dövlət terroru kampaniyası aparır. Buna cavab verilməlidir. Digər ölkələr artıq belə bir cavabın formasını müəyyənləşdirməyə başlayır", - məqalədə vurğulanıb.

Qeyd edilib ki, Böyük Britaniya bu təhdidlərə cavab olaraq indiyə qədər "çox az" iş görüb:

"Böyük Britaniyanın getdikcə üzləşdiyi təhdidlərlə bağlı Endi Börnhem və ya müdafiə naziri Stritinqdən heç bir açıqlama eşitməmişik. Börnhem Londonun Ukraynaya sadiqliyini bir daha təsdiqləməkdə haqlı idi, lakin təkcə sözlər kifayət deyil. Kemi Badenok "ətrafımızdakı Avropa yanğın təhlükəsi ilə üzləşərkən hökumətimiz boş oturur" xəbərdarlığında haqlıdır. Müdafiə xərclərinin artırılması artıq təxirə salına bilməz".

Tarix
2026.09.21 / 08:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla