Yuxarı

"Qarabağ" "Malmö"ya məğlub oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" "Malmö"ya məğlub oldu

20:10

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda bu gün Bakıda keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) matçının start heyətləri bəlli olub.

Axar.az Avropa futbol qurumunun rəsmi saytına istinadla xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“Qarabağ”: Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Julio Romao, Elvin Cəfərquliyev, Kevin Medina, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

"Malmö": Dahlin, Rösler, Yansson, Busanello, Pena, Yohansen, Larsson, Kristiansen, Botheim, Kiese Thelin, Berq

Baş məşqçi: Henrik Ridström

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyunu start götürüb.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

***

15-ci dəqiqədə Juninyo hesabı açıb: 1- 0

***

19-cu dəqiqəsində "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.​

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında 3-cü qol vurulub.

Erik Botheym 2-ci qolu "Qarabağ"ın qapısından keçirib - 1:2.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda "Qarabağ" İsveçin "Malmö" klubuna məğlub olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.

Tarix
2024.10.03 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla