Yuxarı

Biləsuvarda ağır qəza: 2 nəfər öldü - Adlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biləsuvarda ağır qəza: 2 nəfər öldü - Adlar

14:52

Biləsuvarda minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.

Qəza nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

***

Biləsuvarda baş verən ağır yol qəzasında həyatını itirən şəxslərin adları bəlli olub.

Məlumata görə, 1986-cı il təvəllüdlü Tacəddin Yusifovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü Tacəddin Yusifov və 1966-cı il təvəllüdlü sərnişin Tovuz Axundova hadisə yerində ölüblər.

Avtomobildə olan digər üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.10.17 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla