Yuxarı

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Kristiano Ronaldo mineral su istehsalına 10 milyon avro sərmayə qoyub.

Axar.az lent.az-a istinadla xəbər verir ki, bu barədə Portuqaliyanın “SIC Notícias” telekanalı məlumat yayıb.

Bildirilib ki, futbolçunun yeni biznes layihəsində tərəfdaşı “Grupo Ouhterinho” şirkətidir. Şirkət də layihəyə eyni məbləğdə, yəni 10 milyon avro investisiya yatırıb.

Beləliklə, layihəyə qoyulan ümumi sərmayə 20 milyon avroya çatıb.

Məlumata görə, mineral suyun hasilatı Portuqaliyanın Braqansa bölgəsində həyata keçiriləcək. Zavodun tikintisinin başa çatdırılması və yeni brendin bazara çıxarılması 2027-ci ilin sonuna planlaşdırılır.

Qeyd edək ki, 41 yaşlı Ronaldo bundan əvvəl də su istehsalı biznesinə sərmayə yatırıb. O, 2023-cü ilin yayında Madriddə təqdim olunan “Ursu9” su brendinin ortaq sahiblərindən biri olub.

Tarix
2026.10.17 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla