Yuxarı

Azərbaycanda doğulub, Gəncəni qana boyayan erməni...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qarabağdakı keçmiş qondarma rejimin “lideri”, 44 günlük müharibədə əli azərbaycanlıların qanına batmış terrorçu Araik Arutyunyanın Bakıya gətirilməsindən bir il ötür.

O, 2023-cü ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.

Bəs, 44 günlük müharibənin əsas cinayətkarlarından sayılan Araik Arutyunyan kimdir? Onunla bağlı əməliyyat necə baş tutdu?

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Araik Vladimiroviç Arutyunyan 1973-cü ildə Xankəndidə anadan olub.

Ümumi orta və ali təhsilini burada başa vurub. O zamankı Xankəndi Pedaqoji İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. Birinci Qarabağ müharibəsində aktiv iştirak edib. 1991-ci ildən separatçıların qanunsuz silahlı dəstələrinə qoşulub. 1995-2005-ci illər arasında qondarma rejimdə iqtisadiyyat sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. 2005-2007-ci illər arasında “artsax parlamentinin deputatı” səlahiyyətini icra edib.

Araik işğal dövründə Cəbrayılda, Ağdamda təsərrüfatla məşğul olduğunu, Xocavənddə, Qırmızı bazarda şərab zavodları açdığını bildirib.

2012-ci ildə qondarma rejimin o zamankı “başçısı” Bako Saakyanın təqdimatı ilə rejimin “baş naziri” təyin olunub. 2017-2018-ci illər arasında rejimin “dövlət naziri”, 2020-ci ildə isə “prezidenti” seçilib. Bundan cəmi 6 ay sonra isə 44 günlük müharibə başlayıb.

Müharibə müddətində Arutyunyanın əmri ilə separatçılar bir çox hərbi cinayətlər törədiblər. O, 2020-ci ilin oktyabrın 4-də bəyanat yayaraq Gəncəyə raket hücumu əmrini verdiyini rəsmən etiraf edib.

A.Arutyunyan müharibədən 3 il sonra Qarabağda separatçılar arasında vəziyyətin gərginləşdiyi zaman – avqustun 31-də “istefa” verdi. Bundan 19 gün sonra isə Azərbaycan Silahlı Qüvvələri ərazidə antiterror əməliyyatlarına başlayıb.

2023-cü il oktyabrın 3-də Azərbaycan DTX Arutyunyanı saxlayaraq Bakıya gətirib. Həmin dövrdə erməni jurnalist Tatul Akopyan onun xüsusi şəraitdə ələ keçirildiyini iddia edib:

“Araik Arutyunyan Xankəndidə səhmlərinin bir hissəsi ona aid olan konyak zavodunda gizlənib. Məlumata görə, saxlanılmazdan əvvəl Azərbaycan tərəfi ilə əlaqə saxlamaq və qaçmasının əvəzində müəyyən təkliflər vermək istəyib. Lakin Azərbaycan xüsusi xidmət orqanları onun gizləndiyi yeri aşkar edərək, əməliyyat nəticəsində saxlayıb, daha sonra Bakıya aparıblar”.

Arutyunyan oktyabrın 28-də sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilərək həbs olunub.

Tarix
2024.10.03 / 13:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan rusiyalı diplomata qarşı təxribatın qarşısını alıb

Rəsmi Bakıdan Litva XİN başçısına sərt reaksiya

Narışkin Bakıya gəldi

İlham Əliyev elə bir siyasətçidir ki… - Şahnazarov

İlham Əliyev Zəngilanda...

Azərbaycanlıların Ermənistana qayıtması… - Kostanyan

Litva Azərbaycana “öyüd" verə bilən axırıncı ölkədir

Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - Foto

Prezident və xanımı Cəbrayılda...

Lukaşenko Bakıya gələcəyini açıqladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla