Yuxarı

Tribunainfo.az 15 illik yubileyini qeyd edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tribunainfo.az saytının 15 yaşı tamam olur. Sayt 2009-cu ildə təsis olunub. Tribunainfo.az elektron mətbuatın yeni-yeni yarandığı ilk nümunələrdən biridir.

Axar.az xəbər verir ki, bu gün məhdud və fədakar komandası, eləcə də məhdud maliyyə resursları ilə xəbər portalı inkişafdadır, seçilir, operativdir, müasir media trendləri ilə ayaqlaşır.

Tribunainfo.az saytının rəhbəri Əlişir Əhədin sözlərinə görə, indiyə qədər məhdud heyət və məhdud maliyyə resursları hesabına qurduğu bu media orqanını yaşatmağa çalışıb:

“Əsas vəzifəmiz obyektiv və operativ xəbər vermək, dövlətin və xalqın milli maraqlarını informasiya cəbhəsində qorumaq, oxucularımızın arzularını ifadə etməkdir. Çox xoşbəxtəm ki, "Tribuna" ailəsi olaraq, bu hədəflərimizin böyük bir hissəsinə çatmışıq.

Birincisi, izləyicilərimizi operativ xəbərlə təmin edirik. İkincisi, milli hədəflərimizə çatmışıq – Xankəndidə bayrağımız ucalır və bu xəbəri çatdırmışıq. Üçüncüsü, insanların istəklərini, problemlərini saytımızda işıqlandıra bilirik. Bu yolda mənə dəstək olan komandama, dostlarıma və dövlətimə minnətdaram. Arzu edirəm ki, "Tribuna" həmişə xalqın və dövlətin tribunası olsun”.

Axar.az olaraq həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayırıq!

Tarix
2024.10.03 / 14:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan rusiyalı diplomata qarşı təxribatın qarşısını alıb

Rəsmi Bakıdan Litva XİN başçısına sərt reaksiya

Narışkin Bakıya gəldi

İlham Əliyev elə bir siyasətçidir ki… - Şahnazarov

İlham Əliyev Zəngilanda...

Azərbaycanlıların Ermənistana qayıtması… - Kostanyan

Litva Azərbaycana “öyüd" verə bilən axırıncı ölkədir

Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - Foto

Prezident və xanımı Cəbrayılda...

Azərbaycanda doğulub, Gəncəni qana boyayan erməni...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla