Yuxarı

ABŞ və husilər atəşkəs barədə razılaşdı: Hücum olmayacaq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və husilər atəşkəs barədə razılaşdı: Hücum olmayacaq!

ABŞ və Ənsarullah hərəkatı Omanın vasitəçiliyi ilə Yəməndə atəşkəs barədə razılığa gəlib.

Axar.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi məlumat verib.

Bildirilib ki, razılaşma Yəmən husilərindən Bab əl-Məndəb boğazından tranzit keçən Amerika gəmilərinə hücum etməkdən çəkinməyi tələb edir:

“Oman Sultanlığının gərginliyi azaltmaq üçün Sənada ABŞ və Yəmən hakimiyyət orqanları ilə apardığı son təmas və danışıqlardan sonra tərəflər atəşkəslə bağlı razılığa gəliblər.

Əldə edilmiş razılaşmaların bir hissəsi olaraq, tərəflər bir-birinə hər hansı hücumlardan, o cümlədən Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında Amerika gəmilərinə hücumlardan çəkinməyi öhdəsinə götürür ki, bu da naviqasiya azadlığını təmin edəcək və beynəlxalq ticarətə maneələri aradan qaldıracaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da husilərə hücumların dayandırılacağını açıqlamışdı.

Tarix
2025.05.07 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla