Yuxarı

Hindistan Pakistanın 3 şəhərini vurdu - 26 nəfər öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan Pakistanın 3 şəhərini vurdu - 26 nəfər öldü

00:47

Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə Pakistan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub.

O qeyd edib ki, Hindistanın hücumu cavabsız qalmayacaq.

***

Pakistan üç şəhərinə endirilən raket zərbələrinə cavab olaraq Hindistandakı hədəfləri vurub.

Bu barədə Samaa TV məlumat yayıb.

Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb.

***

Hindistan silahlı qüvvələrinin Cammu və Kəşmirin Pakistanın nəzarətində olan hissəsinə endirdiyi zərbələr nəticəsində azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin məlumatında deyilir.

Bildirilir ki, Hindistan iki məscidə hücum edib.

***

Hindistanın Pakistanda mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Bunu Pakistan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib.

Onun sözlərinə görə, Hindistanın hərbi təcavüzü nəticəsində 35 nəfər yaralanıb.

General əlavə edib ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanda 6 hədəfə 24 zərbə endirib.

***

Hindistan ordusunun Pakistana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 26, yaralıların sayı isə 46 nəfərə çatıb.

Bu barədə "Röyters" Pakistan ordusuna istinadən məlumat yayıb.

Tarix
2025.05.07 / 09:09
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla