Yuxarı

Pezeşkianın səfərinin iki hədəfi: Bakı qəbul etməyəcək...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkianın səfərinin iki hədəfi: Bakı qəbul etməyəcək...

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Məsud Pezeşkianın Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında vasitəçi ola biləcəyini deyib. Mümkündür ki, Pezeşkian da Bakı səfərində bu təklifi irəli sürüb.

Tehranın vasitəçilik istəyinin iki hədəfi var.

Cənubi Qafqazda mövqelərini gücləndirmək: digər oyunçular kimi İran da regionda gələcək güc balansını Bakı-İrəvan sülh sazişinin müəyyən edəcəyini anlayır və prosesdən kənarda qalmaq istəmir;

İrəvanın mövqeyinə yaxın olan gündəliyini – sərhədlərin dəyişməməsi, kommunikasiyanın dəhliz məntiqindən kənar açılması - qəbul etdirmək.

Lakin Tehranın Bakı və İrəvan arasında vasitəçi olması mümkün görünmür:

Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən İranın neytrallığı sual altındadır;

Regionun gələcəyi, o cümlədən, sülh sazişi ilə bağlı gündəliyi Azərbaycanın gündəliyi ilə kəsişir;

Hazırda Bakı ilə münasibətlərin normallaşması siyasətini izləsə də, 44 günlük müharibədən sonra açıq müstəviyə keçən mövqeyi – Zəngəzur dəhlizinin “qırmızı xətti” olması - dəyişməyib;

İranın sülh sazişində vasitəçilik etməsi regionda maraqları olan digər oyunçuları – Rusiya, Avropa Birliyi və ABŞ-ı da aktivləşdirəcək və bu, Bakı-İrəvan xəttində son seçim olan “ikitərəfli format”a ziddir.

Tehranda vasitəçiliyin qəbul edilməsinin çətin olduğunu anlayırlar, hərçənd, bununla Ermənistana münasibətdə neytral olduqları mesajını verir və 2020-ci ildən sonra baş verənlərə görə Azərbaycanın mövqeyini yumşaltmağa çalışırlar.

Tarix
2025.05.07 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İlkin nəticələr açıqlandı: Orban uduzur - Təcili

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla