Yuxarı

Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü - Video

Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yol son 20 gün ərzində ikinci dəfə çöküb.

Axar.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, sürücülər bildirirlər ki, ötən gün də həmin çuxura digər minik avtomobili düşüb. Onlar deyirlər ki, dayanıqlı təmir işləri aparılmadığından yolda yağış yağan zaman yenidən eyni vəziyyət yaranır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ərazidə yağış sularının idarə olunması üçün işlər həyata keçirilir. Gün ərzində təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır.

Aprelin 16-sı baş vermiş çökmə zamanı minik avtomobili həmin çuxura düşərək ciddi zərər görmüşdü.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, təmir-tikinti işləri yekunlaşdıqdan sonra çökmüş hissədə asfalt örtüyü yenidən bərpa ediləcək.

Tarix
2025.05.06 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident, xanımı və qızı Bakıda sərgidə...

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla