
Biz Hindistana imkan verməyəcəyik - Şərif
02:51
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Pakistanın Hindistanın başlatdığı bu müharibəyə cavab vermək hüququ var.
Axar.az xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif X hesabında yazıb.
“Bütün ölkə Pakistan Silahlı Qüvvələrinin arxasındadır. Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik”, - Şahbaz Şərif bildirib.
Qeyd edək ki, Hindistan Pakistanın üç şəhərinə raket zərbələr endirib. Pakistan da öz növbəsində qarşı tərəfin hədəflərinə hücum edib.
Tarix
2025.05.07 / 02:51
|
Müəllif
Axar.az
|