Yuxarı

Azərbaycan-Suriya münasibətləri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Suriyada baş verənlər bütün dünyada böyük həssaslıqla izlənilir. Əsəd rejiminin devrilməsindən sonra bu ölkədə yeni bir dönəm başlayıb. Azərbaycan yaranmış fürsətdən sabitlik və inkişaf üçün istifadə olunmasının tərəfdarıdır. Qeyd edək ki, məlum dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.

Həmçinin ölkəmizdən Suriyaya humanitar yardım karvanı yola salınıb. Aprel ayında Antalya Diplomatiya Forumu çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşən Prezidentimiz İlham Əliyev bildirib ki, Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycan iştirak etməyə hazırdır. Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub. Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində respublikamızın Suriyaya dəstək göstərməsinin önəmini vurğulayıb.

Azərbaycan və Suriya prezidentlərinin Antalyada baş tutan görüşü məhz Əsəd rejiminin günahı ucbatından pozulan ikitərəfli əlaqələrin bərpasına və inkişafına əsasdır. Nəzərə alaq ki, Azərbaycan hazırda Suriyada böyük ehtiyac duyulan investisiya imkanlarına və infrastruktur quruculuğunda yaxşı təcrübəyə malikdir. Eyni zamanda, Türkiyə və İsraillə yüksək səviyyədə olan münasibətlər də Azərbaycanın gələcəkdə Suriyanın bərpasında və bütövlükdə Yaxın Şərqdə gedən proseslərdə aktiv rol alacağını deməyə əsas verir. Bu baxımdan, bugünlərdə Baş nazirin müavini Samir Şərifovun Suriyaya səfəri böyük əhəmiyyət kəsb edir.

Tarix
2025.05.06 / 16:28
Müəllif
Samir Vəliyev
Digər xəbərlər

Azərbaycan-İran əməkdaşlığı müzakirə edildi

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Rusiyada bu azərbaycanlıya 14 il həbs cəzası verildi

Rusiyadan deportasiya olunma səbəbim... - Badamov

Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri...

Vardanyanın məhkəməsində zərərçəkmiş danışdı

Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşdü - Foto

Aleksandr Turçin Ağdama getdi

BQXK-nın Bakı nümayəndəliyi Azərbaycanı tərk edir

Belarusun baş naziri Füzulidə… - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla